Axtarış Mexanizmlərində Optimallaşdırma (SEO) nədir?
SEO axtarış mexanizmlərində (google, yandex, bing, yahoo) milyonlarla sayt arasından daha yaxşı ratinq sırasına çıxmanıza dəsdək verən işlərdir. SEO saytınıza orqanik axtarışlardan (reklamsız) daha çox istifadəçilərin daxil olması imkanı yaradır.

SEO saytın link, kod, header, adlandırma (title) və teqlərin keyfiyyərinə nəzarət etməkdir.
Effektiv SEO təşkil edilməsi üçün saytınızda optimizasiyalar edilərək hədəflərin planlaşdırılması və saytın məzmunun bu istiqamətdə dəyişiklik edilməsi ilə mümkündür.
AXTARIŞ MEXANİZMİNİN MARKETİNQİ
Marketinq strategiyasının təşkili üçün Axtarış Mexanizminin Marketinqdən istifadə edilməsi daha effektivdir. SEM sayəsində reklam mətn və təqdimatları hazırlayaraq internetdə reklam yayımlaya bilərsiniz. Nəzərdə tutduğunuz investisiya büdcəsi əsasında axtarış mexanizminin marketinq hədəfləri ilə satışınızı daha çox stimullaşdıra bilərsiniz.
