Məqalələr

Google Adwords Goolge Şirkətinin məhsulu olan saytlar kolleksiyasıdır. AdWords sistemi əsasında 80 % İnternet istifadəçilərinə reklamını çatdıra bilir və  xüsusi ilə də Google məhsulları olan Google Axtarış, Gmail və YouTube kanalı da bura daxildir.  Google Reklamlar vasitəsi ilə mobil  tədbiqetmələrdə marketinq hədəflərinizi təşkil edə bilərsiniz. 

Google Adwords üstünlükləri:

  • İstifadəçilərin axtarış anında sizi ilk sıralarda görmək imkanı yaradır;
  • The Google Display Network (GDN) 1M  Internet şəbəkəsində işləmək imkanına malikdir;
  • Reklamın hansı saytlarda ve ya hansı coğrafi məkanlarda (şəhər və ölkələrdə) göstərilməsi imkanı vardır;
  • Büdcənizdən yaranan xərcləriniz internet istifadəçisinin hər dəfə reklamınızı gördüyü zamanı yox, yalnız klik vurması əsasında hesablanır;
  • Müştərilərinizə reklamların göstəriləsi  strateqiyasının mümkün olması (platforma, vaxt, məkan, maraq dairəsi, dil, yaş qrupu, cinsi).

 

 RƏQƏMSAL MARKETİNQ HƏLLƏRİ ÜÇÜN 3 KANAL VARDIR. 

1. Axtarışda Reklam

2. Saytlarda Reklam

3. Video Reklam

 

 

AXTARIŞDA REKLAM

Axtarışda reklam  kampaniyada istifadə edilən açar söz və ya söz birləşmələrini yazan istifadəçi sizin məhsul və ya xidmətlərinizi ilk sıralarda görür. Açar sözlər məhsulunuz və ya xidmətləriniz əsasında seçilmiş olan söz və söz birləşmələridir ki bu sözlər vasitəsi ilə  Google axtarış bazasında istifadəçilərə göstərilir.

Google Axtariş formatları:

Reklamlar  Google Axtarış, Google Play, və ya Google Alış- verişdə axtarış nəticələrinin yanında, üstündə və aşağı hissəsində göstərilir. Reklam göstərim formatı onun retinqindən, büdcəsindən asılıdır.

 

SAYTLARDA REKLAM

Ən geniş internet platformunu istifadə  edin:

Google Display Network 100.000 çox saytlar və 2M+ mobil tədbiqetmə bazası vardır.

Yeni müştərilərə çatmaq:

Rəqəmsal satınalmalarda müxtəlif formatları istifadə edərək potensial müştərilərinizin marağını saytınıza çəkə bilərsiniz.

Reklamın harda göstəriləcək yerlərin seçilməsi: 

Display Network sistemi ilə reklamınızın harda göstərilməsi üçün hədəfləri xüsusi olaraq seçmək mümkündür. Reklamınız üçün səhifə formatları və ya seçilən saytlarda reklamınızın çıxarılması və potensial aditoriyanın hədəflənməsini  (yaş, cins, maraq dairəsi və s.) seçə bilərsiniz.

YOUTUBE REKLAM

Video reklamlar Youtube’da və Google Partner saytlarda  Google Display Network vasitəsi ilə istifadə edilir. Display Network 2 milyon saytla dünyada İnternet istifadəçilərinin 90 %‘inə çatır. Video reklamlarını YouTube və Google Display Network‘da hədəflənərək, istifadəçilərə xüsusi zaman və məkanlarda çatdırmaq mümkündür. Azərbaycanda bir internet istifadəçisi orta statistikaya əsasən 30 dəqiqə yalnız Youtube kanalından istifadə edir. Demoqrafiq qruplar, maraq dairələri, yerləşmələri və yeniden marketinq listləri kimi müxtəlif hədəfləmə formatları istifadə edərək reklam daşıyıcılarını lazımı aditoriyaya göstərir.